Azərbaycan neftinin qiyməti yenidən ucuzlaşdı
Azərbaycan neftinin qiyməti 1 dollardan çox ucuzlaşıb.
Oxu.Az xəbər verir ki, “AzeriLight” markalı neftin 1 barelinin qiyməti 1,04 dollar və ya 1,86% azalaraq 54,91 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sifarişi əsasında “AzeriLight” markalı neftin orta müddətli dövr üçün dünya bazar qiymətləri hesablanıb.
Həmin proqnoza görə, 2017-ci ildə neftimizin orta qiyməti 65 dollar, 2018-ci ildə 80,3 dollar, 2019-cu ildə 76 dollar, 2020-ci ildə 72 dollar olacaq.
Mənbə:> Oxu.az