Dollar dünya valyutaları qarşısında rekord həddə bahalaşıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Dollar dünya valyutaları qarşısında rekord həddə bahalaşıb

Dollar dünya valyutaları qarşısında rekord həddə bahalaşıb


Yanvarın 3-də ABŞ dollarının dünyanın aparıcı valyutaları sayılan avro, yapon yeni, ingilis funt-sterlinqi, Kanada dolları, İsveçrə frankı, İsveç kronu qarşısında məzənnəsi 2003-cü ildən bəri ən yüksək həddə çatıb.

Bu barədə Aznews.info Report agentliyinə istinadən xəbər verir.

Məlumata görə, valyuta birjalarında 1 avro 1%-dən çox ucuzlaşaraq 1.0341 dollara bərabər olub. Sonuncu dəfə Avropanın vahid valyutası Amerika pulu qarşısında bu məzənnə ilə 2003-cü il yanvarın 3-də dəyişdirilib. Həmin gün 1 avronun qiyməti 1,034 dollar təşkil edib.

Ötən gün Yaponiyada 1 dollar 0,6% bahalaşaraq 118,6 yenə, Türkiyədə isə 1 dollar 1,7% bahalaşaraq 3,6 lirəyə bərabər olub.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *