"Brent" markalı neftin qiyməti 3 dollar düşdü
ICE birjasında 2017-ci ilin mart fyuçersləri üzrə "Brent" markalı neftin qiyməti yanvarın 3-ü axşam saatlarında 2,99 dollar enərək 55,39 dollar/barelə düşüb.
APA xəbər verir ki, bu göstərici 2016-cı ilin 27 dekabrından bəri ən aşağı göstəricidir. Qeyd edək ki, dünən günorta saatlarında "Brent" markalı neftin bir barelinin qiyməti təxminən 3 faiz qalxaraq, 2015-ci ilin iyulundan bəri ilk dəfə olaraq 58 dolları keçmişdi.
Ekspertlər qiymətin aşağı düşməsini dolların kəskin möhkəmlənməsi ilə əlaqələndirilirlər.
Mənbə:> APA