Böhran – yeni imkanların vaxtıdır. Mənzil almağın isə əsl vaxtıdır!
Dolların manata nisbətən kəskin bahalaşması həyatımızın bütün sahələrinə təsir etmişdir. Azərbaycanın əmlak bazarı da bundan ciddi zərbə almışdır. Yüksək inflyasiya və əhalinin real gəlirlərinin azalmasının nəticəsi olan xoşagəlməz iqtisadi amillərin fonunda qiymətlərin nəzərə çarpan tərəddüdü müşahidə olunur.
Bazarın stabilləşməsini gözləyən potensial alıcılar investisiya qoymağın başqa variantlarını nəzərdən keçirirlər. Bu da durğunluğa, nəticədə isə Bakıda kvadratmetrlərin qiymətlərinin düşməsinə gətirib çıxarır.
Amma əbəs yerə belə hesab edilmir ki, böhran – yeni imkanların vaxtıdır. Yaranmış vəziyyət alıcının xeyrinədir. Baş verənlər nəticəsində bir çox tikinti şirkətləri potensial alıcıları cəlb etmək üçün görünməmiş endirimlər və cazibədar aksiyalar elan edir.
Bu, manatın davam edən devalvasiyası ilə birgə olduqca maraqlı vəziyyət yaradır: Bazarda mənzilin birbaşa bina tikənlərdən alınması üçün çox sərfəli təkliflər meydana çıxır. Alıcıları da belə bir sual narahat etməyə başlayır: “devalvasiyanın növbəti zərbəsini gözləmək”, yoxsa bazarda daxili kreditin əlverişli şərtləri davam edərkən bina tikənlərdən mənzil almaq lazımdır?
Burada nəzərə almaq lazımdır ki, bina tikənlər qiymətləri tikintinin maya dəyərindən asılı olaraq müəyyən edirlər. Bəli, yekun qiymətə həmişə yetərincə zəhmli marja qoyulur, diskont proqramların keçirilmək imkanı da buradan irəli gəlir, lakin qiymətlərin düşməsinin də bir sərhədi var.
Ən likvid obyektlər isə qiymətlərin düşən bazarında isti piroqlar kimi uçur. Siz sadəcə olaraq, gözləyərək öz xəyalınızın mənzilini qaçıra bilərsiniz. İqtisadi cəhətdən belə bir çətin zamanda mülk almağa dəyərmi? Bu sualla biz öz ekspertlərimizə müraciət etdik ki, bütün məsələlərə aydınlıq gətirək.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramovun sözlərinə görə, manatın məzənnəsinin düşməsi Azərbaycanın daşınmaz əmlak bazarına çox böyük təsir göstərmişdir.
“Hal-hazırda Azərbaycanın daşınmaz əmlak bazarında fəallığın kəskin aşağı düşməsi müşahidə olunur. Dolların manata nisbətən daha da möhkəmlənməsini gözləyən bir çox insanlar mənzillərini satmağa və öz əmanətlərini dollarda saxlayaraq növbəti devalvasiyada udmaq ümidi ilə öz yığımlarını xarici valyutada saxlamağa üstünlük vermişlər.
Bu da bazarda ümumi durğunluğa gətirib çıxarmışdır. 2014-cü ildən başlayaraq hər il qiymətlər orta hesabla 15% düşür. Manat sabitləşməyənədək vəziyyət belə qalmağa davam edəcək”, - V.Bayramov belə hesab edir.
Mənzillərin əldə olunmasına gəldikdə isə ekspertin fikrincə, bu, həqiqətən də sərfəlidir, ancaq əmlakı qısamüddətli investisiya kimi almağa hazırlaşanlara deyil, yaşamaq üçün almaq istəyən insanlara çox sərfəlidir. İqtisadi artımın nə zaman başlayacağını öncədən söyləmək mümkün deyil, lakin bu baş verdikdə qiymətlər də artacaq.
“Bundan əlavə, dolların məzənnəsinin qalxmasını, bunun nəticəsində manatın ucuzlaşmasını nəzərə almaq lazımdır. Əgər mənzilə ehtiyac varsa və zəruri məbləğ toplanmışsa, onda ən münasib variantı sərfəli qiymətə seçməyin əsl vaxtıdır, belə ki, bina tikənlər endirimlər edir və hissə-hissə ödəmək imkanı verməklə kvadratmetrləri alıcıya əlverişli şərtlərdə satırlar. Bundan əlavə, əgər siz mənzili ipoteka ilə manatla almağa hazırlaşırsınızsa, devalvasiyanı nəzərə alsaq, sözsüz ki, bü, son dərəcə sərfəlidir”, - V.Bayramov deyir.
MBA LTD konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov da onunla həmrəydir, onun fikrincə, daşınmaz əmlak qiymətləri manatın məzənnəsinin dollara nisbətən düşməsindən fərqli olaraq xeyli yavaş düşür.
“Valyuta məzənnələrinin tərəddüd etməsi, milli valyutanın qiymətdən düşməsi və iqtisadiyyatda ümumi qeyri-stabillik səbəbindən Azərbaycanın daşınmaz əmlak bazarındakı təklifə nəzərə çarpacaq dərəcədə tələbat artır, belə ki, satışların həcmi makroiqtisadi amillərin sayəsində azalır.
Bu isə alıcılar üçün çox yaxşı məqamdır, çünki bina tikənlər, həm də ikinci mənzil sahibləri böyük güzəştə (endirimə) gedirlər. Buna görə cazibədar qiymətə yaxşı mənzil əldə etmək indi kifayət qədər asandır”, - N.İbrahimov hesab edir.
Onun sözlərinə görə, bu gün manatla kredit götürüb, mülk almaq sərfəlidir.
“Manatın devalvasiyası davam edir, bu prosesin nə qədər uzanacağını kimsə öncədən söyləyə bilməz. Daşınmaz əmlakın qiyməti isə keçən ilə nisbətən tədricən stabilləşir. Keyfiyyətli yeni tikililərin qiymətlərinin çox düşməsini gözləməyə dəyməz.
Mənim proqnozuma görə, 2017-ci ildə qiymətlərin düşməsi tamamilə dayanacaq və daşınmaz əmlak qiymətlərində kiçik artım da ola bilər. İndi daşınmaz əmlak bazarında alıcılar üçün çox sərfəli vəziyyət yaranıb və bu, yalnız investisiya qoymaq üçün yaxşı imkan deyil, həm də həyat şəraitini yaxşılaşdırmaq, ailələrinizi keyfiyyətli mənzillə təmin etmək deməkdir”, - ekspert buna əmindir.
Mənzili necə seçmək lazımdır
N.İbrahimovun fikrincə, böhran – insanların daha az qətiyyətli olduqları və mənzil seçərkən çox önəmli olan detallara qarşı daha diqqətli olduqları vaxtdır.
“Mülk alarkən bir neçə amil mütləq nəzərə alınmalıdır. Mən həmişə deyirəm: bəzi şeylər var ki, onları düzəltmək mümkündür, elə şeylər də var ki, onları heç vaxt düzəltmək mümkün olmur. Diqqəti də məhz düzəldilməsi mümkün olmayan məqamlara yönəltmək lazımdır. Məsələn, evin planlaşdırma və təmirini asanlıqla dəyişmək olar. Amma yerini – heç cür”, - N.İbrahimov deyir.
Ekspert tövsiyə edir:
1. Bina tikən şirkət haqqında informasiya ilə diqqətlə tanış olun. Binanın təhlükəsizliyi tikinti şirkətinin etibarlılığından asılıdır.
2. Tikinti materiallarının keyfiyyəti ilə maraqlanın, evin üzlənməsinə, evin keyfiyyəti barəsində suallara cavab verə bilən başqa müxtəlif detallara diqqət yetirin.
3. N.İbrahimovun fikrincə, mənzili iş yerinə, uşaq bağçasına və təhsil müəssisəsinə yaxın yerdə seçmək lazımdır. Uşağın məktəbə asan gedə bilməsi çox vacibdir, onun dərsə gedərkən keçməli olduğu avtomobil yollarının mümkün qədər az olması daha arzuolunandır.
4. Yaxınlıqda ərzaq dükanının olması çox vacibdir. Ətrafda uşaq və böyüklərin gəzə biləcəyi park və uşaq meydançasının olması arzuolunandır.
5. Avtomobil dayanacağının olmasından əmin olun. Orada nə qədər dayanacaq yerlərinin olduğunu öyrənin.
6. Yer və infrastruktur - əmlakın qiymətini müəyyən edən mühüm amillərdir, ona görə bu məsləhətlər gələcəkdə mənzil satmağı planlaşdıranlara lazım ola bilər.
“Alians” tikinti şirkətinin satış üzrə direktoru T.Hümbətzadə isə öz növbəsində qeyd edir ki, son zamanlar alıcılar bina tikənlərin təkliflərinə daha diqqətli yanaşmağa başlayıblar.
Bu, bizi sevindirməyə bilməz, çünki bizim şirkətimizin təklif etdiyi mənzillər bir çoxlarından tikinti materiallarının, mühəndis struktur və infrastrukturunun keyfiyyətinə görə tam fərqlənir. Mənzil alarkən bu amillər çox vacibdir.
Aydındır ki, işin keyfiyyətindən qiymət də asılıdır. Ancaq bizim alıcılar üçün kifayət qədər sərfəli təkliflərimiz var. Məsələn, alıcı banka müraciət etmədən, faizsiz, 50 ayadək hissə-hissə ödəməklə mənzil əldə edə bilər”, - T.Hümbətzadə təsdiq edir.
Onun sözlərinə görə, “Alians” alıcılara tikinti zamanı istifadə olunan bütün materiallar barəsində məlumat verir.
Bunu sizə “Panorama Park” yaşayış kompleksinin timsalında danışacağam. Bu kompleks dünya standartlarına cavab verir. Buradakı binalar 9 bal gücündə zəlzələyə davam gətirə bilər və bunlar boş sözlər deyil, biz bu faktı təsdiqləyən sənədləri təqdim edirik.
Bundan əlavə, ev tam təhlükəsizdir, gecə-gündüz mühafizə olunur, videomüşahidəsi və bütün lazımi infrastrukturu var. Uşaqlar üçün uşaq meydançası və uşaq bağçası, böyüklər üçün – marketlər, idman zalları mövcuddur. Əlbəttə ki, bunu öyrənən bir çoxları öz seçimini göstərilən yaşayış kompleksində saxlayır. Bu da öz növbəsində bizim qürur mənbəyimizdir”, - T.Hümbətzadə deyir.
Beləliklə, bizim sorğu apardığımız bütün ekspertlər bir məsələdə birləşirlər: Böhran vaxtı daşınmaz əmlak bazarı – ilk bazarda bina tikənlərin özlərinin, ikincisində isə ev sahiblərinin təqdim etdikləri mənzillərə diskont əldə edərək daha münasib variantı seçə bilmək üçün əla fürsət verilən alıcıların bazarıdır. Deməli, indi - kvadratmetrləri almağın əsl vaxtıdır.
Mənbə:> Oxu.Az