Ölkədə milli reytinq agentlikləri yaradıla bilər » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Ölkədə milli reytinq agentlikləri yaradıla bilər

Ölkədə milli reytinq agentlikləri yaradıla bilər


Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla milli reytinq agentliklərinin yaradılması imkanlarını qiymətləndirəcək. Müvafiq qərara uyğun tədbirlər planı hazırlanacaq və icrasına başlanacaq.

Aznews.info “Report”a istinadən bu barədə “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nə istinadən xəbər verir.

“Kredit risklərinin idarə olunması üçün istifadə olunan daha qabaqcıl alətlərdən biri şirkətlərə verilən kredit reytinqidir. Kredit reytinqlərindən qiymətli kağızların emitentləri, investisiya strategiyasının müəyyənləşdirilməsi zamanı fərdi və institusional investorlar, habelə tənzimləmə və nəzarət məqsədilə aidiyyəti qurumlar faydalanır.

Belə ki, fərdi reytinq əsasında kredit riskinin qiymətləndirilməsi kapital və ehtiyatlanma tələblərinin daha dəqiq müəyyən olunmasına imkan verir. Bu da ayrı-ayrı maliyyə institutlarının və bank sektorunun maliyyə dayanıqlılığının və rəqabət qabiliyyətinin artırılmasına, resursların daha səmərəli istifadəsinə zəmin yaradır.

Milli reytinq agentliklərinin olmaması ilə əlaqədar bu xidmətlər yalnız beynəlxalq reytinq agentlikləri tərəfindən göstərilir. Nəticədə, az sayda iri şirkət qeyd edilmiş xidmətlərə çıxış əldə edir”, - deyə sənəddə qeyd olunub.

Qeyd edək ki, milli reyitnq agentliklərinin yaradılması imkanlarının qiymətləndirilməsinin 2018-2019-cu illərdə icra olunması nəzərdə tutulub.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *