Maliyyə Nazirliyi: “Standard & Poor’s” qeyri-dəqiqliklərə yol verib » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Maliyyə Nazirliyi: “Standard & Poor’s” qeyri-dəqiqliklərə yol verib

Maliyyə Nazirliyi: “Standard & Poor’s” qeyri-dəqiqliklərə yol verib


29 yanvar 2016-cı il tarixində “Standard & Poor’s” reytinq agentliyi Azərbaycanın beynəlxalq kredit reytinqini bir pillə aşağı endirib. Bundan əvvəl, 31 iyul 2015-ci il tarixində agentlik tərəfindən Azərbaycanın beynəlxalq kredit reytinqi investisiya “BBB-” səviyyəsində təsdiq edilib, proqnoz isə “mənfi” saxlanıb.

Maliyyə Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, agentliyin yaydığı son hesabatında reytinqin bir pillə endirilməsinə əsas səbəb kimi neftin ucuzlaşması, bunun ölkədəki iqtisadi artıma və makroiqtisadi sabitliyə təsiri göstərilir.

Maliyyə Nazirliyi “Standard & Poor’s” agentliyinin dərc etdiyi reytinq hesabatında bir sıra qeyri-dəqiqlikləri qeyd edərək qiymətləndirmənin nəticələri ilə razılaşmadığını və bundan təəssüfləndiyini bəyan edir.

Bununla yanaşı, Maliyyə Nazirliyi ümidvar olduğunu bildirir ki, neft və neft məhsullarının qiymətlərinin azalması fonunda dərhal ölkənin kredit reytinqini aşağı endirən “Standard & Poor’s” agentliyi xammal məhsullarının qiymətlərinin artacağı təqdirdə də eyni operativliyi göstərərək ölkənin investisiya səviyyəli reytinqini bərpa edəcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *