Əmlak Komitəsinin səlahiyyətlərindən biri ləğv edildi » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Əmlak Komitəsinin səlahiyyətlərindən biri ləğv edildi

Əmlak Komitəsinin səlahiyyətlərindən biri ləğv edildi


Nazirlər Kabineti “Elektron xidmət növlərinin Siyahısı”nı təsdiqləyib.

Aznews.info Fins.az-a istinadən xəbər verir ki, dəyişikliyə əsasən, Əmlak Məsələləri Dövlət Komitəsinin müxtəlif təyinatlı xəritə və atlasların tərtibatı və nəşri üçün müraciətin və sənədlərin qəbulu sahəsində təqdim etdiyi elektron xidmət ləğv edilib.

Dövlət Komitəsi elektron qaydada torpaq kadastr xəritələrinin və CİS üçün baza xəritələrinin tərtibi ilə əlaqədar müraciətin və sənədlərin qəbulunu isə davam etdirəcək.

Müvafiq olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müxtəlif təyinatlı xəritə və atlasların tərtibatı, nəşri üçün müraciətin və sənədlərin qəbulu, geodeziya, qravimetriya, fotoqrammetriya, topoqrafiya işlərinin həyata keçirilməsi üçün müraciətin və sənədlərin qəbulu, CİS üçün baza xəritələrinin tərtibi ilə əlaqədar müraciətin və sənədlərin qəbulu sahəsində elektron xidmətlər təqdim etmək hüququ verilib.

Mənbə: Fins.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *