Diplomların tanınması ilə əlaqədar sənədlərin qəbulu dayandırıldı
Təhsil Nazirliyində diplomların tanınması ilə əlaqədar sənədlərin qəbulu bu gündən dayandırılıb.
Oxu.Az-ın məlumatına görə, iyunun 15-dən sentyabrın 1-dək sənədlər qəbul edilməyəcək.
Bu müddətdə yalnız cari ilin iyul və oktyabr aylarında həqiqi hərbi xidmətdən təxris olunan, Dövlət proqramı çərçivəsində təhsil almaq üçün sənədlərini təqdim edən, eləcə də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına müraciət edən şəxslərin ərizələri qəbul olunur.
Mənbə:> Oxu.Az