TQDK: 1 gün qaldı » AzNews.info -Xəbər portalı

TQDK: 1 gün qaldı

TQDK: 1 gün qaldı


Aprelin 29-u, saat 15:00-dək 81579 abituriyent öz elektron ərizəsini dolduraraq təsdiqini təmin edib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Oxu.Az-a verilən məlumata görə, 5407 abituriyent elektron ərizəsinə özü haqqında məlumatları daxil etsə də, həmin ərizələri təsdiq etməyiblər.

Məlumatda bildirilir ki, ərizələri təsdiq olunmayan, həmçinin, ərizə təqdim etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaq. Həmin abituriyentlər qəbul imtahanlarında iştirak etmək üçün aprelin 30-dək bu prosesi yekunlaşdırmalıdırlar.

Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün (I, II, III və IV ixtisas qrupları üzrə) ərizələrin qəbulu davam edir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *