Dövlət mənzil üçün daha 15 nəfərə borc verdi
“Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) xətti ilə ipoteka kreditləşməsi davam edir.
Daha 15 nəfərə dövlət xətti ilə ipoteka krediti verilib.
Aznews.info “Report”a istinadən xəbər verir ki, bununla da AİF-in vəsaiti hesabına kredit alanların ümumi sayı 18 min 64-ə çatıb.
Yeni müştərilərə ümumilikdə 1,021 mln. manat borc verilib. Başqa sözlə, adambaşına ipoteka kreditinin məbləği təxminən 68 min manat təşkil edib.
Son nəticədə AİF-in məcmu ipoteka portfeli 735,009 mln. manata yüksəlib.
Mənbə:> Report.az