Azərbaycanda ipoteka kreditləşməsi dayanıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Azərbaycanda ipoteka kreditləşməsi dayanıb – STATİSTİKA

Azərbaycanda ipoteka kreditləşməsi dayanıb


Azərbaycan İpoteka Fondu (AİF) son 3 ayda heç bir kredit verməyib.

Oxu.Az xəbər verir ki, fonddan fins.az-a verilən məlumata görə, sentyabrın 1-nə ölkədə 17 min 997 ipoteka krediti verilib. Həmin kreditlərin ümumi məbləği 730 milyon 802 min 420 manatdır.

2016-cı ilin yanvar ayınadək ipoteka kreditlərinin ümumi sayı 17 min 925, həcmi isə 729 milyon 737 min 519 manat təşkil edib. Bu ilin aprel ayında 93 min 19 manat dəyərində 2, may ayında isə 100001 manat həcmində 2 ipoteka krediti verilib.

2015-ci ilin mart ayında ipoteka krediləşməsi ən yüksək səviyyəyə çatıb - 359 kredit üzrə 15 milyon 464 min 670 manat. 2014-cü ildə ən yaxşı ay mart ayı olub – 433 kredit 18 milyon 290 min manat məbləğındə.

Qeyd edək ki, ipoteka kreditləri Azərbaycanda 2006-cı ildən verilməyə başlayıb.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *