Neft bahalaşdı
Dünya bazarında neftin qiymətlərində bahalaşma davam edir.
AzNews.info Qafqazinfo-ya istinadən xəbər verir ki, İCE London birjasında “Brent” markalı neft 2,47 % bahalaşaraq barreli 55,67 dollar olub.
WTI markalı neftin yanvar fyuçersi isə 2,52 % artaraq barreli 52,80 dollardan satılıb.
Qeyd edək ki, “Brent”in qiyməti dekabrın 12-də günün ilk saatlarında 57,02 dollar olub.
Mənbə:> Qafqazinfo.az