Bu şəxslər tibbi xidmət və dərmanlardan pulsuz yararlana biləcək » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Bu şəxslər tibbi xidmət və dərmanlardan pulsuz yararlana biləcək

Bu şəxslər tibbi xidmət və dərmanlardan pulsuz yararlana biləcək


“Sığorta haqqı ödəyib-ödəməməsindən asılı olmayaraq, icbari tibbi sığorta sisteminin həyata keçiriləcəyi pilot ərazilərdə yaşayan əhali ilkin səhiyyə və təcili tibbi yardım xidmətləri və bu xidmətlər üzrə ehtiyac duyulan dərmanlarla tam pulsuz təmin olunacaqlar. Digər xidmətləri əldə etmək üçün isə sığorta haqqının ödənilməsi vacibdir”.

Aznews.info xəbər verir ki, bunu Trend-ə Nazirlər Kabineti (NK) yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanov deyib.

Artıq bu məsələlərin agentlik tərəfindən Nazirlər Kabinetinə təqdim olunmuş baza zərfinə daxil edildiyini deyən V.Qurbanov bildirib ki, baza zərfinə stasionar müalicələr üçün tələb olunan bütün dərman preparatları, eyni zamanda təcili tibbi yardım və ilkin səhiyyə xidməti üçün lazım olan dərman preparatları daxil edilib.

Lakin sığortalanmayan şəxs yalnız ilkin səhiyyə və təcili tibbi yardım xidməti üzrə dərmanları pulsuz əldə edə biləcək. Baza zərfinə daxil edilən həyati vacib dərman preparatlarından isə yalnız sığortalanmış şəxslər istifadə edə biləcəklər.

V.Qurbanov həyati vacib dərmanların siyahısının NK tərəfindən təsdiq olunacağını, həmin siyahıda ürək xəstəlikləri, bir sıra pediatrik xəstəliklər və s. üçün istifadə olunan dərmanların adlarının qeyd olunacağını söyləyib: “Məsələn, ağır ürək əməliyyatından sonra xəstələrin uzun müddət dərman qəbul etməsinə ehtiyac yaranır.

Nəzərdə tutulub ki, bu kimi hallarda, eyni zamanda bəzi uşaq xəstəliklərinin müalicəsi üçün təyin olunan dərmanlar müəyyən limit həcmində baza zərfinə daxil edilsin və belə şəxslərə ambulator xidmət göstərilsin”.

V.Qurbanovun sözlərinə görə, artıq agentlik tərəfindən icbari tibbi sığorta üzrə vahid qiymət cədvəli müəyyənləşdirilərək Nazirlər Kabinetinə təqdim olunub.

Onun sözlərinə görə, icbari tibbi sığorta üzrə müqavilə bağlayan tibb müəssisələri öz xidmətlərini həmin vahid qiymət cədvəli əsasında göstərəcəklər.

Agentlik rəsmisi əlavə edib ki, baza zərfinə daxil olan və olmayan xidmətlər üzrə də tarif cədvəli hazırlanıb. İcbari tibbi sığorta xidmətindən istifadə etmək üçün sığortalanan hər bir vətəndaş baza zərfinə daxil olmayan xidmətdən də endirimli şəkildə yararlanacaq.

Mənbə: Trend.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *