Oqtay Əsədov: Bu artım heç deputatın işıq puluna çatmayacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Oqtay Əsədov: Bu artım heç deputatın işıq puluna çatmayacaq

Oqtay Əsədov: Bu artım heç deputatın işıq puluna çatmayacaq


Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin saxlanma xərclərinin 13% artırılmasına münasibət bildirib.

Aznews.info APA-ya istinadən xəbər verir ki, spiker parlamentin plenar iclasında 2017-ci ilin dövlət büdcə zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı qanunverici orqanın gələn ilin xərclər smetası layihəsi barədə məlumat verən Milli Məclisin İşlər idarəsinin müdiri Firudin Hacıyevə iradını bu formada bildirib:

“Sən deyirsən ki, bu il Milli Məclisin büdcəsi 394 min manat artırılır. Camaat da deyəcək ki, Milli Məclisin büdcəsini artırıblar. Bu artım heç sənin işıq puluna çatmayacaq. Yəni, artım yoxdur. Həqiqətən, keçən illər Milli Məclis çox böyük səylər nəticəsində ezamiyyə xərclərini aşağı salıb. Ezamiyyə xərcləri bizə çatmırdı. Çünki biz büdcəni keçən ilin noyabr ayında qəbul etmişdik. Noyabr ayından sonra iki dəfə devalvasiya oldu.

Dövlət təşkilatları arasında ən çox xaricə ezamiyyətə gedənlər parlamentin nümayəndə heyətləridir. Bu ildən artıq iki saxladığımız parlament nümayəndə heyətinin fəaliyyətini bərpa etmişik.

Baş nazirə də məktub yazmışam, maliyyə naziri Samir Şərifova da demişəm ki, ezamiyyə xərcləri məsələsi qeydə alınmalıdır. Çünki beynəlxalq təşkilatlarda Milli Məclis iştirak etməzsə, işlərdə çox böyük axsaqlıq olar. Ona görə dekabrın 16-da bu məsələlər hökumətin diqqət mərkəzində olsun”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *