Milli Məclisin xərcləri azaldılır
Milli Məclisin 2016-cı il üçün nəzərdə tutulan xərcləri azaldılır.
AzNews.info-nun Trend-ə istinadən məlumatına görə, bu barədə məsələ Milli Məclisin martın 4-nə planlaşdırılan növbəti iclasının gündəliyinə daxil edilib.
Belə ki, “Azərbaycan Respublikası Milli Məclisinin 2016-cı il üçün xərclər smetası haqqında” Milli Məclisin 2015-ci il 20 oktyabr tarixli qərarına edilən dəyişikliyə əsasən, Milli Məclisin və onun aparatının 2016-cı il üçün xərclər smetası 22 694 934 manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, Milli Məclisin 14 oktyabr 2015-ci il tarixli iclasında 2016-cı il üçün xərclər smetası 22 745 955 manat müəyyən edilmişdi.
Mənbə:> Trend