Yeni büdcə layihəsində proqnozlaşdırılan gəlir və xərclər açıqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Yeni büdcə layihəsində proqnozlaşdırılan gəlir və xərclər açıqlandı

Yeni büdcə layihəsində proqnozlaşdırılan gəlir və xərclər açıqlandı


Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsində fondun gəlir və xərcləri 3 milyard 307.4 milyon manat proqnozlaşdırılır. Bu da 2016-cı il üçün təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 228.8 milyon manat və ya 7.4 faiz çoxdur.

AzNews.info APA-ya istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib.

“Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” qanuna dəyişikliklərlə layihəni təqdim edən E. Mehdiyev bildirib ki, gəlirlərin gözlənilən artımının 82.8 milyon manatının və ya 36.2 faizinin məcburi dövlət sosial sığorta aktları hesabına, 146 milyon manatı və ya 63.8 faizinin isə dövlət büdcəsindən ayrılacaq transfert hesabına təmin edilməsi nəzərdə tutulur.

“2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsində əhaliyə ödənişlər 3 milyard 239 milyon manat nəzərdə tutulur ki, bu da təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 7.6 faiz və ya 227.8 milyon manat artıqdır. Əmək pensiyaları ödənişi xərcləri 3 milyard 136.1 milyon manat olmaqla, 2016-cı il üçün təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 7.3 faiz və ya 212.5 milyon manat çoxdur”, - deyə o vurğulayıb.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *