Allahşükür Paşazadənin 1770 hektar torpağı əlindən alındı -TORPAQ İSLAHATI BAŞLADI
Nazirlər Kabineti “Torpaq sahələrinin ayrılması haqqında” 1994-cü il 31 dekabr tarixli qərarında dəyişiklik edib.
“Torpaq sahələrinin ayrılması haqqında” 1994-cü il 31 tarixli qərara əsasən Qafqaz Müsəlmanları Ruhani İdarəsinə yardımçı kənd təsərrüfatı təşkil edilməsi üçün keçmiş Dəvəçi (hazırkı Şabran) rayonunda ləğv edilmiş “Yeni həyat” kolxozunun ərazisindən bir hissə Qafqaz Müsəlmanları Ruhani İdarəsinə yardımçı kənd təsərrüfatı təşkil edilməsi üçün ayrılıb.
Qafqaz Müsəlmanları Ruhani İdarəsinə daimi istifadəyə verilən torpağın ümumi sahəsi 1770 hektar (857 hektar əkin yeri, 244 hektar biçənək, 440 hektar orüş, 53 hektar kəndaltı sahə, 176 hektar sair torpaqlar) olub.
“Torpaq sahələrinin ayrılması haqqında” 1994-cü il 31 dekabr tarixli qərarda edilən dəyişikliyə əsasən, həmin torpaqlar Qafqaz Müsəlmanları İdarəsinin daimi istifadəsindən çıxarılıb.
Qeyd edək ki, Nazirlər Kabineti İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Qafqaz Müsəlmanları İdarəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq belə bir qərar qəbul edib. Əmlak Məsələləri Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi və Şabran Rayon İcra Hakimiyyəti bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb. (APA)
Mənbə:> Virtualaz.org