Deputat sərt danışdı: “Tarif Şurasının qərarı ləğv edilməlidir, zəhmət çəkin…” » AzNews.info -Xəbər portalı

Deputat sərt danışdı: “Tarif Şurasının qərarı ləğv edilməlidir, zəhmət çəkin…”

Deputat sərt danışdı: “Tarif Şurasının qərarı ləğv edilməlidir, zəhmət çəkin…”


Milli Məclisdə bir necə komitənin birgə iclasında Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi müzakirə olunub. Müzakirə zamanı Fərəc Quliyev enerji daşıyıcılarının qiymət artımı ilə bağlı tarif şurasının qərarının ləğv olunmasını tələb edib.

Deputatın çıxışının tam mətnini təqdim edir:

Hörmətli hökumət üzvləri,mən Milli Məclisin plenar iclasında büdcə müzakirələri zamanı bütün sahələr üzrə fikirlərimi bildirəcəyəm. İndi isə vaxt az olduğundan yalnız enerji daşıyıcılarının qiymət artımına münasibət bildirmək istəyirəm. Bu qiymət artımını adi bir hal kimi təqdim etməyiniz doğru deyil. Artıq bazarda qiymətlər yüksəlməyə başlayıb. Enerji daşıyıcılarının qiymət artımı bütün sahələrə təsir edəcək. Bu il istehlak mallarının idxalı artıb, hərçənd biz ixracın artmasını gözləyirdik. Bazarda xaricdən idxal olunan istehlak mallarının qiymətinin artması manatın məzənnəsinə də mütləq təsir edəcək. Bu isə kredit borcu olanların vəziyyətini bir az da ağırlaşdıracaq.

Fərəc Quliyev
Enerji daşıyıcılarının qiymət artımı təkcə əhaliyə deyil, özəl və dövlət müəssisələrinə də pis təsir edəcək. Müəssisələrin bağlanması, ixtisarlar başlaması riski artar. Hökumətin məntiqsiz qərarları işləmək istəyən müəssisələrə də mane olur. Sadə bir örnək verim-kolleqamız Cavid Qurbanov təyinat alan kimi rəhbərlik etdiyi müəssisədə ciddi irəliləyişlərə nail oldu, islahatlar apardi, avadanlıq, qurğu, vaqonları dəyişdi, bir neçə ölkə ilə səmərəli iqtisadi anlaşma əldə etdi. İşləri sahmana saldı və bu yaxınlarda Bakı-Sumqayıt xəttində qiymətlərin endiriləcəyini bildirdi. İndi qəflətən enerji daşıyıcılarının qiymət artımından sonra nəinki gediş haqqını azaltmaq, hətta qaldırmaq zərurəti yarana bilər. Eyni hal özəl müəssisələrə də aiddir.

Büdcə gəlirlərini artırmaq üçün hələ ki, hökumət təbii inhisarların qiymətlərini artırmaqdan başqa alternativ düşünə bilmir. Hökumət sanki neft quyularının yanında dayanıb gözləyir-neft cixsa büdcəni formalaşdırsın. Biz bu hallardan narahatlıq bildirdikcə, Hökumət “mənbə göstərin!” deyir. Mənbəni biz tapmalı, biz göstərməliyiksə, onda hökumət nəyə lazımdır? Heç tutaq ki, neft yoxdur. Zəhmət çəkin mənbə tapın. 150 milyarda qədər neft gəlirlərimiz olub. Qeyri-neft sektoru bərbad vəziyyətdədir. Nə istəmisiniz Prezident verib, hansı sahəyə demisiniz sərəncamlar imzalayıb. Artıqlaması ilə vəsait verilib. Hanı bizim qeyri-neft sektorumuz?

Doqquz iqlim qurşağı olan, yeraltı, yerüstü sərvətləri aşıb –daşan bir ölkədə heç neftə ehtiyac yoxdur.

Ona görə enerji daşıyıcılarının qiymət artımı ilə bağlı bu lüzumsuz qərar ləğv olunmalıdır.

Təşəkkür edirəm.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *