Səidlə Xədicənin toyu dünya tarixinin ən bahalı hədiyyəsi elan olundu – FOTO
ABŞ-ın “Forbes” jurnalı dünya tarixinin ən bahalı 10 hədiyyəsini müəyyən edib.
Virtualaz.org xəbər verir ki, onların arasında Azərbaycanın qurudakı 16 neft yatağının sahibi, Rusiyanın “BİN” şirkətlər qrupunun prezidenti milyarder Mixail Qutseriyevin oğluna bu ilin martında etdiyi toy da yer alır.
“Forbes” bildirir ki, Qutseriyevin oğlu Səidlə gəlini Xədicənin toyuna 1 milyard dollara yaxın xərc çəkilib. Həmin toyun əvvəli Moskvada Telman İsmayılova məxsus “Safisa” şadlıq sarayında, sonrası isə Qutseriyevlərin London malikanəsində olub. Toya Cenifer Lopes, Beyonce və s. dünya estrada ulduzları dəvət olunub, onlara milyonlarla dollar qonorar ödənilib. Gəlin 25 kiloqram ağırlığında, üzəri brilyant daş-qaşlarla bəzədilmiş “Elie Saab” gəlinliyində olub.
Siyahıda məşhur oliqarx Roman Abramoviçin arvadı Darya Jukovaya bağışladığı sənət əsərləri də bütün zəmanələrin ən bahalı hədiyyələri arasında yer alır. Abramoiç arvadına Cakomettinin 14 milyon dollar qiyməti olan heykəlciyini, hərəsinin qiyməti 40-60 milyon dollar olmaqla Kabakovanın 40 rəsm əsərini,, Frensis Bekonun 86 milyon dollarlıq rəsm əsərini və Lyusyen Freydin 33 milyon dollarlıq tablosunu bağışlayıb.
Hindistandakı Maharac sinqlərin sonuncu imperatoru Dalip Sinqhin 1849-cu ildə Britaniya şahzadəsi Viktoriyaya bağışladığı nəhəng almaz da bütün zəmanələrin ən bahalı hədiyyələrindən biridir. Almaz daş çox ağır olduğundan şahzadə üç il sonra onu 105 karatlıq parlaq brilyanta çevirməli olmuşdu. Həmin daşın dəyəri 250 milyon dollardır.
Mənbə:> Virtualaz.org