Tarixin ən bahalı smartfonlarının top beşliyi » AzNews.info -Xəbər portalı

Tarixin ən bahalı smartfonlarının top beşliyi – QİYMƏTLƏR

Tarixin ən bahalı smartfonlarının top beşliyi


Mütəxəssislər tarixin ən bahalı 5 telefonunu müəyyən ediblər.

Oxu.Az xəbər verir ki, İKT.lent.az-ın “vistanews.ru” saytına istinadən məlumatına görə, belə bir dəbdəbə bəşər tarixi boyunca görünməyib.

Siyahıya ancaq qiyməti 1 milyon dolları üstələyən modellər daxil edilib. Adi insanlar smartfondan rabitə vasitəsi, pleyer, fotoaparat, internetə daxil olmağın qısa yolu və kitab kimi istifadə edirlər. Onlar üçün smartfon gündəlik istifadə olunan əşyadır.

Ancaq xüsusi bir zümrə var ki, onlar üçün telefonun qiyməti və görünüşü sahibinin status və maddi vəziyyətinin göstəricisidir. Onların istifadə etdikləri cihazlar seriya ilə istehsal olunur və bahalı metallarla, daş-qaşlarla bəzədilir. Bu siyahıya isə ancaq qiyməti 1 milyon dollardan hiss olunacaq dərəcədə baha olan cihazlar düşüblər.

Birinci yeri dünyanın ən bahalı smartfonu kimi “iPhone 5 Diamond Rose Edition” tutur. Onun korpusu 500 almaz daşı ilə bəzədilib, “Ev” düyməsi isə səkkiz karatlıq çəhrayı almazla parıldayır. Bu telefonun qiyməti 8 milyon dollardan artıqdır.

Tarixin ən bahalı smartfonlarının top beşliyi


İkinci cərgədə “iPhone 3GS Supreme” modeli qərarlaşıb. Onun korpusu 270 qram qızıldan və 136 ədəd parıldayan brilyantdan ibarətdir. Onun qiyməti 3,2 milyon dollardır.

Tarixin ən bahalı smartfonlarının top beşliyi


Üçüncü yerdə 6,6 karat brilyantla bəzədilmiş “iPhone 3GS Kings Button” telefonu durur. Onun qiyməti 2,5 milyon dollardır.

Tarixin ən bahalı smartfonlarının top beşliyi


Dördüncü yeri Rusiya istehsalı olan smartfon tutur. Smartfonu Avstraliyadan olan zərgərlər bəzəyib və bu cihazın son qiyməti 2 milyon dollar dəyərində qiymətləndirilir.

Tarixin ən bahalı smartfonlarının top beşliyi


Beşinci yeri isə İsveçrənin “GoldVish Le Million” smartfonu tutur. Korpusu ağ qızıldan olan və brilyantlarla bəzədilmiş bu smartfonun qiyməti 1,2 milyon dollar qiymətləndirilir.

Tarixin ən bahalı smartfonlarının top beşliyi

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *