Neftin qiyməti sürətlə bahalaşır
Dünya bazarlarında “qara qızıl”ın qiyməti bahalaşmaqda davam edir.
Oxu.Az hərracların son nəticələrinə istinadən xəbər verir ki, ICE London birjasında Brent markalı neftin bir barelinin qiyməti 4,18% bahalaşaraq 54,1 dollara satılıb.
Sonuncu dəfə Şimal dənizi neft qatışığının qiyməti 2015-ci ilin oktyabr ayında 54 dollarlıq həddi keçmişdi.
Qeyd edək ki, OPEK-in bu gün Vyanada keçirilən sammitində təşkilata daxil olan ölkələrin ümumi neft hasilatının gündəlik 1,2 mln. barel azaldılması barədə qərar qəbul edilib.
Mənbə:> Oxu.Az