Neftin qiyməti ucuzlaşmaqda davam edir
Dünya bazarlarında neftin qiyməti ucuzlaşmaqda davam edir.
Oxu.Az hərracların son nəticələrinə istinadən xəbər verir ki, Brent markalı neftin qiyməti avqustun 11-dən ilk dəfə 44 dollardan aşağı düşüb.
ICE London qitələrarası birjasında Şimal dənizi neft qatışığının yanvar fyuçerslərinin qiyməti bir barelə görə 1,65% ucuzlaşaraq 43,94 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,68 % azalaraq 42,68 dollar təşkil edib.
Mənbə:> Oxu.Az