Neftin qiyməti ucuzlaşmaqda davam edir
Dünya bazarlarında neftin qiyməti yenidən ucuzlaşıb.
Bu barədə Oxu.Az hərracların son nəticələrinə istinadən xəbər verir.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 2,38% azalaraq 44,75 dollar olub. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 2,80% ucuzlaşaraq 43,41 dollar təşkil edib.
Qeyd edək ki, dünən səhər saatlarında Brent və WTI markalı neftin qiymətləri müvafiq olaraq 45,72 və 44,51 dollara satılırdı.
Mənbə:> Oxu.az