Neftin qiyməti yenidən bahalaşır
Dünya bazarlarında neftin qiyməti bahalaşır.
Bu barədə Oxu.Az “Bloomberg”ə istinadən xəbər verir.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,41% bahalaşaraq bir barelə görə 43,71 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,36% artaraq 41,75 dollar təşkil edib.
Qeyd edək ki, şənbə günü hərracların nəticələrinə görə, Brent və WTI markalı neftin qiyməti müvafiq olaraq 42,46 və 41,60 dollara satılırdı.
Mənbə:> Oxu.az