“Banklar haqqında” qanuna dəyişikliklər hazırlanıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

“Banklar haqqında” qanuna dəyişikliklər hazırlanıb

“Banklar haqqında” qanuna dəyişikliklər hazırlanıb


“Azərbaycanda banklar ödəmə qabiliyyətini itirsə belə, onların səhmdarları konsolidasiyaya getməyə maraq göstərmir”.

Aznews.info Report-a istinadən xəbər verir ki, bunu Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər” adlı forumun 2-ci günündə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Hüquq təminatı İdarəsinin rəisi Nurlan Babayev deyib.

Onun sözlərinə görə, buna səbəb Azərbaycanda bankların birləşməsi üçün korporativ mədəniyyətin formalaşmamasıdır: “Buna görə də, “Banklar haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi hazırlanıb.

Sənəd ödəmə qabiliyyətini itirmiş banklara təyin edilən müvəqqəti inzibatçılara daha geniş səlahiyyətlərin verilməsini, bu yolla bankların sağlam aktivlərinin başqa banklara satılması, əldə edilən vəsait hesabına sağlamlaşdırma işlərinin aparılması, yalnız bu tədbirlər nəticə verməzsə, bankın lisenziyasının ləğv edilməsini nəzərdə tutur”.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *