Zərərlə işləyən banklar məlum oldu
Azərbaycanda 9 ayın nəticələrinə görə, bank sektorunda ən çox mənfəət əldə edən və ən böyük zərərlə üzləşən banklar məlum olub.
AzNews.info bu barədə Fins.az-a istinadən xəbər verir.
Qeyd edək ki, İran və Pakistan Milli banklarının Bakı filiallarını nəzərə almasaq, ölkədə 30 kommersiya bankı fəaliyyət göstərir. 3-cü rübün nəticəsinə görə, bankların təxminən yarısı zərərlə çalışıb.
Bank sektoru üzrə yaranan təxminən 130 milyon manatlıq mənfəətin 50%-i 3 banka məxsus olub. Bunlar “Paşa Bank”, “Kapital bank” və “Atabank”dır.
Eyni zamanda, “Azərbaycan Beynəlxalq Bank”ın zərəri nəzərə alınmasa bank sektoru üzrə yerdə qalan zərərin 65%-i 3 banka məxsus olub. Bunlar isə “Access Bank”, “Bank of Baku” və “Bank Respublika”dır.
Mənbə:> Fins.az