Palatadan xəbərdarlıq: Bankı “batıran” bankirlər həbs olunacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Palatadan xəbərdarlıq: Bankı “batıran” bankirlər həbs olunacaq

Palatadan xəbərdarlıq: Bankı “batıran” bankirlər həbs olunacaq


“Azərbaycanda bankların müflisləşməsinə səbəb olan qərarlar verən bank menecerləri cinayət məsuliyyətinə cəlb olunacaq”.

Aznews.info Fins.az-a istinadən xəbər verir ki, bu barədə bu gün işinə başlayan bank forumunda bildirilib.

Forumda Maliyyə Bazaralarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib ki, bank sistemində görüləcək əsas tədbirlərdən biri də bank menecerlərinin məsuliyyətinin ciddi surətdə artırılması olacaq.

“Təkcə lisenziyanın alınması ilə iş bitmir”

Rüfət Aslanlının sözlərinə görə, Plata qarşısına məqsəd qoyub ki, bundan sonra sistemdə olan hər hansı bankla bağlı problem yarananda onun lisenziyasının geri çağırılmasından daha çox “bank rezolyution” alətləri tətbiq edilsin. Bura digər məsələlərlə yanaşı, bank menecmentinin məsuliyyətinin artırılması da aiddir.

“Hesab edirəm ki, əgər bank menecmenti bankın fəaliyyəti ilə bağlı yüksək səviyyədə cvavabdehlik daşımalıdır” - deyə Rüfət Aslanlı bank sektoruna xəbərdarlıq edib. Onun sözələrinə görə, hazırda xüsusilə bank menecmentinin məsuliyyəti ilə bağlı hüquqi qanunvericilik paketi hazırlanır”.

Bank menecerləri cinayət məsuliyyətinə cəlb oluna bilər

Palata rəhbəri bildirib ki, qanunveriiliyə ediləcək dəyişikliklərdə bu proses (bankların batması) zamanı vergi ödəyicilərinə, ayrı-ayrı şəxslərə və ümumilikdə sistemə dəyən ziyanla bağlı onların məsuliyyət məsələsi həll olunacaq: “Hətta dəymiş ziyanın dərəcəsindən asılı olaraq bu məsuliyyət cinayət məsuliyyətinə qədər qalxa bilər”. Başqa sözlə, ola bilər ki, bank menecmenti cinayət məsuliyyətinə cəlb olunsun.

Mənbə: Fins.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *