Banklar kredit kartı olanlardan əlavə vəsait tələb edir » AzNews.info -Xəbər portalı

Banklar kredit kartı olanlardan əlavə vəsait tələb edir – VİDEO

Banklar kredit kartı olanlardan əlavə vəsait tələb edir


Şamaxının Mirikənd kənd sakini Nailə Xəlilovaya 2 il əvvəl bank əməkdaşları tərəfindən kredit kartı verilib. Sənədləşdirmə aparılıb və deyilib ki, pul mərkəzi poçta köçürülücək. Məbləğ olaraq da 1500 manat müəyyənləşdirilib.

Oxu.Az-ın Xəzər TV-yə istinadən verdiyi xəbərinə görə, Nailə Xəlilova deyir ki, pulu götürüb və bir il ərzində faiziylə birlikdə ödəyib. Bir müddət sonra yenidən mesaj gəlib ki, hesabınıza pul köçürülüb. Lakin qadın pulu almayıb.

Sonradan da borc məhkəmə vasitəsi ilə Nailə Xəlilovanın maaşına yönləndirilib və hər ay müəyyən məbləğdə pul çıxılır. Bir müddət əvvəl o, məhkəmənin qərarından apelyasiya şikayəti verib.

Hüquqşünas Anar Ramazanov deyir ki, ikinci dəfə yenidən həmin hesaba kreditin yüklənib-yüklənilməməsi və borcun hansı andan etibarən ödənilməyə başlanılması müqavilədəki şərtlərdən asılıdır. Bankın əməkdaşı kredit götürən şəxsə müqavilə şərtləri barədə də dolğun məlumat verməli idi.

Anar Ramazanov bildirir ki, bank götürmədiyi kreditə görə Nailə Xəlilovadan ödəniş tələb edilə bilməz.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *