Neftin qiyməti yenidən ucuzlaşdı
Neftin ucuzlaşmasına OPEK ölkələrinin görüşü öncəsi hasilatın dondurulması ilə bağlı qeyri-müəyyən vəziyyətin yaranması səbəb olub.
Dünya bazarlarında neftin qiyməti yenidən ucuzlaşıb.
Bu barədə Oxu.Az Bloomberg-ə istinadən xəbər verir.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,31% azalaraq 48,97 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,35% ucuzlaşaraq 47,86 dollar təşkil edib.
Qeyd edək ki, noyabrın 21-də neftin qiymətlərində 4%-ə yaxın bahalaşma müşahidə olunmuşdu, o vaxt Brent 49,05, WTI isə 48,41 dollara satılırdı.
Mənbə:> Oxu.az