Azərbaycanda yaşayış minimumunun gerçək dəyəri hesablanıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Azərbaycanda yaşayış minimumunun gerçək dəyəri hesablanıb

Azərbaycanda yaşayış minimumunun gerçək dəyəri hesablanıb


“Alternativ hesablamalara görə, oktyabr ayında yaşayış minimumunun dəyəri əmək qabiliyyətli əhali üçün 253,4 manat, pensiyaçılar üçün 199,9 manat, uşaqlar üçün 259,9 manat olub”.

Oxu.Az xəbər verir ki, bu barədə İqtisadi Tətqiqatlar Mərkəzinin (İTM) rəhbəri Qubad İbadoğlu öz Facebook səhifəsində yazıb.

“2017-ci il yanvarın 1-dən yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat məbləğində müəyyən ediləcək.

Mərkəzin ekspertləri tərəfindən Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi”nə daxil olan ərzaq, qeyri-ərzaq və xidmətlər üzrə yaşayış minumunun dəyəri hesablanıb.

İTM ekspertlərinin cari ilin oktyabr ayına olan qiymətlər əsasında apardığı alternativ hesablamalar görə, yaşayış minimumunun dəyəri əmək qabiliyyətli əhali üçün 253,4 manat, pensiyaçılar üçün 199,9 manat, uşaqlar üçün 259,9 manat olub.

Göründüyü kimi, ötən aya olan yaşayış minumumunun gerçək dəyəri növbəti il üçün müəyyənləşdirilən rəsmi dəyərindən - əmək qabiliyyətli əhali qrupu üzrə 88,9 manat və 35,1% çox, pensiyaçılar qrupu üzrə 69,7 manat və ya 34,9%, uşaqlar üçün 123,3 manat və ya 47,5% - çoxdur.

Hesablamalar arasında daha böyük kənarlaşma, 2 dəfəyə yaxın fərq uşaqlar üçün yaşayış minimumun dəyərində qeydə alınıb. Uşaqlar üçün yaşayış minimumunun dəyərinin yuxarı olmasının başlıca səbəbi Azərbaycanda uşaqlar üçün qida və geyim məhsullarının baha olması ilə izah olunur.

Eyni zamanda, İTM tərəfindən aparılan gerçək hesablamalar göstərib ki, ərzaq məhsullarına yönələn xərclərin əmək qabiliyyətli əhali üçün yaşayış minimumunun dəyərində payı 58%, pensiyaçılar üçün yaşayış minimumunun dəyərində payı 67%, uşaqlar üçün yaşayış minimumunun dəyərində payı 61% təşkil edib. Göründüyü kimi, ərzaq xərcləri pensiyaçıların yaşayış minimumunun dəyərində daha çox paya malikdir”, - deyə iqtisadçı-ekspert qeyd edib.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *