Azərbaycanda kölgə iqtisadiyyatı ən aşağı səviyyədədir
Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) cəmi doqquz faizi iqtisadiyyatın müşahidə olunmayan sektorunda, hansı ki, ora kölgə - qanunsuz istehsal, həmçinin ev təsərrüfatlarının, müəssisələrin məhsulu daxildir və statisrikaya salınmır, - istehsal edilir.
Virtualaz.org “Rossiyskaya qazeta”ya istinadən bildirir ki, bu, MDB ölkələrinin arasında ən aşağı göstəricidir.
MDB ölkələrindən müşahidə olunmayan iqtisadiyyat üzrə ən yüksək göstərici Qazaxıstandadır – ÜDM-in 27,3 faizi.
Qəzet qeyd edir ki, qarşısı alınmaz seqmentlərin problemi MDB ölkələrinin həmkarlar ittifaqlarını birləşdirən Həmkarlar İttifaqlarının Ümumi Konfederasiyasının (HİÜK) Şura iclasında müzakirə edilib.
HİÜK-in baş katibi Natalya Podşibyakina qeyd edib, müşahidə olunmayan və kölgə iqtisadiyyatı sektorlarının artması tendensiyası bütün dünyada var, həmçinin inkişaf etmiş ölkələrdə. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, qeyri-formal və qanunsuz sektorlarda 39 trilyon dollardan çox (107 trilyon dollarlıq qlobal ÜDM-in müqabilində) vəsait gizlənir. Müqayisə üçün: ABŞ-ın ÜDM-i 17,42 trilyon, Çininki 18,03 trilyon, Avrozonanınki isə - 18,53 trilyon dollardır.
O da bildirilib ki, müşahidə olunmayan iqtisadiyyata ən çox kənd təsərrüfatı, ticarət, emal sənayesi, tikinti, nəqliyyat, səhiyyə, təhsil sahələrində və daşınmaz əmlakla bağlı əməliyyatlarda rast gəlinir.
Mənbə:> Virtualaz.org