Agentliyin rəhbəri sosial mənzillərin aylıq ödənişindən danışdı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Agentliyin rəhbəri sosial mənzillərin aylıq ödənişindən danışdı

Agentliyin rəhbəri sosial mənzillərin aylıq ödənişindən danışdı


“Azərbaycanda tikiləcək sosial mənzillərdə aylıq ödəniş elə müəyyən olunacaq ki, bu məbləğ oxşar evlərin aylıq kirayə haqqından artıq olmasın”.

Oxu.Az xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyinin rəhbəri Samir Nuriyev bildirib.

Onun sözlərinə görə, təsdiq olunmuş qaydalara əsasən, sosial mənzillərin həm nağd qaydada, həm də 3 ildən 30 ilədək müddətdə İpoteka Fondunun güzəştli ipoteka sistemi vasitəsilə satışı nəzərdə tutulur.

“Uzunmüddətli ödəniş sistemi baxımından biz çalışacağıq ki, həmin ödənişlər orta kirayə haqqından artıq olmasın. Yəni, faktiki olaraq bir otaqlı mənzillər üçün aylıq ödəniş 130-140 manatdan başlasın, 3 otaqlılar üçün isə 330-350 manatdan yuxarı olmasın.

Qiymətlər elə olmalıdır ki, insanlar bu gün icarəyə ödədikləri vəsait qədər ödəniş etməklə bir qədər sonra həmin evin mülkiyyətçilərinə çevrilsinlər”.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *