Nazir müavini: Azərbaycan Serbiyaya verdiyi kreditdən milyonlar qazanacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Nazir müavini: Azərbaycan Serbiyaya verdiyi kreditdən milyonlar qazanacaq

Nazir müavini: Azərbaycan Serbiyaya verdiyi kreditdən milyonlar qazanacaq


“Serbiyada E-763 avtomobil magistralının Lyiq-Bolykovtsi, Bolykovtsi-Takovo və Takovo-Prelyina hissələrinin tikintisinin maliyyələşdirilməsi üçün Azərbaycanın bu ölkəyə ayırdığı kredit vəsaitlərinin istifadə müddəti 2 il artırılır”.

Aznews.info APA-ya istinadən xəbər verir ki, bu sözləri İqtisadiyyat nazirinin müavini Sahil Babayev məlumat verib.

Onun sözlərinə görə, Serbiya tərəfindən iqlim şəraiti, lisenziyaların alınması və s. məsələlərə görə yolun inşası müddəti uzanıb: “İndiyədək Azərbaycan tərəfi Serbiyaya 271 milyon avro kredit ayırıb.

Kredit illik 4%-lə 15 il müddətinə verilib. İndiyədək Serbiya tərəfi kreditə görə Azərbaycan tərəfinə 40 milyon avro ödəniş edib.

Noyabrın 23-dək isə növbəti 15 mln. avro ödəyəcək. Sazişə əsasən, yol istifadəyə veriləndən sonra 1 il sınaq müddəti olmalıdır. Bu sınaq müddəti başa çatanda sonuncu ödəniş edilir. Başqa sözlə, 2017-ci ilin sonunda Azərbaycan tərəfi Serbiyaya ayırdığı kreditin sonuncu tranşını köçürəcək”.

Azərbaycanın özünün investisiyaya ehtiyacı olduğunu deyən millət vəkili Vahid Əhmədov dünyadakı iqtisadi böhranın Azərbaycana təsirsiz ötüşmədiyini qeyd edib. Bunu əsas gətirən deputat Serbiyaya ayrılacaq vəsaitdən Azərbaycan tərəfinin qazancı ilə maraqlanıb.

Millət vəkilinin sualına cavab olaraq S.Babayev qeyd edib ki, Serbiya tərəfinə kredit 2012-ci ildə ayrılıb: “Həmin dövrdə Azərbaycan 1,5%-lik borclanmaya gedibsə, Serbiyaya 4%-lik kredit ayırıb. Yəni, bu kreditdən Azərbaycan tərəfi qazanır. Çin hökuməti Serbiyada iri layihə həyata keçirir. Serbiya hökuməti Azərbaycan şirkətinin burada keyfiyyətli iş görməsini əsas gətirib, Azərbaycan şirkətinin də bu layihədə iştirak etməsində maraqlı olduğunu bəyan edib”.

Onun sözlərinə görə, ümumilikdə, Azərbaycan tərəfi Serbiyaya ayırdığı kreditə görə, 150-200 mln. avro gəlir əldə edəcək.

Müzakirələrdən sonra sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xatırladaq ki, Azərbaycan sözügedən yolun tikintisi üçün Serbiyaya 300 mln. avro kredit ayırıb.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *