Maaş ala bilməyən müəllimlərlə bağlı – AÇIQLAMA
Bakıda dövlət ümumtəhsil müəssisələrində işləyən bütün müəllimlərin əmək haqları artıq onların bank hesablarına köçürülüb.
Aznews.info xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
İdarədən bildirilib ki, hazırda müəllimlərin maaşlarının gecikdirilməsi yalnız texniki məsələlərlə bağlı ola bilər.
Qeyd edək ki, Bakıda çalışan müəllimlərin oktyabr ayına olan əmək haqları gecikib. Müəllimlərə əmək haqqı kartla ödənilir.
Mənbə:> Trend.az