Maaş ala bilməyən müəllimlərə şad xəbər
Bakının bir sıra rayonlarında müəllimlərin maaşı gecikdirilir.
Aznews.info xəbər verir ki, bu barədə məlumatı “Qafqazinfo”ya paytaxtda fəaliyyət göstərən bir neçə təhsil müəssisəsində işləyən müəllimlər deyib.
Onlar hələ də ötən ayın maaşını ala bilmədiklərini söyləyiblər.
Məsələylə bağlı Təhsil Nazirliyindən cavab olaraq bildirilib ki, növbəti iki gün ərzində bu problem öz həllini tapacaq:
“2016-2017-ci tədris ili üzrə sinif və şagird kontingenti barədə məlumatların emalı prosesi başa çatan bütün təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqqı onların bank hesablarına köçürülüb. Növbəti iki gün ərzində digər müəllimlərin əməkhaqqı da onların bank hesablarına köçürüləcək”.
Mənbə:> Qafqazinfo.az