Bakıda müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilir
Bakı şəhərinin dövlət ümumi təhsil müəssisələrində çalışan və müxtəlif səbəblərdən əvvəlki qiymətləndirmədə iştirak etməyən, Təhsil Nazirliyinin cari ildə mərkəzləşdirilmiş qaydada keçirdiyi müsabiqələrin nəticəsi olaraq, Bakı şəhəri ümumi təhsil müəssisələrinə iş yerini dəyişən və yeni işə qəbul olunan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilir.
AzNews.info APA-ya istinadən xəbər verir ki, diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edir.
Diaqnostik qiymətləndirmə Azərbaycan Dövlət İqtisad Universitetinin əsas tədris binasında saat 09.00-dan başlanıb və 17.00-dək davam edəcək.
Qeyd edək ki, Bakı şəhəri ümumi təhsil müəssisələrinə iş yerini dəyişən və yeni işə qəbul olunan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi 30 və 31 oktyabr tarixlərində də Azərbaycan Dövlət İqtisad Universitetinin əsas tədris binasında keçiriləcək. Ümumilikdə, imtahana cəlb edilməsi planlaşdırılan kontingentin sayı 2500-ə yaxındır.
Mənbə:> APA