Əmanətçilərə kompensasiya ödənişi davam edir – SON RƏQƏM
Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.
Bu barədə Fonddan Oxu.Az-a bildirilib.
Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 milyon 756 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 52 milyon 242 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 26 milyon 925 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 16 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 124 milyon 939 min manatdan artıq kompensasiya verilib.
“Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 179 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 880 min manatdan artıq kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 milyon manatdan artıq kompensasiya ödənilib.
“Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 117 min manat, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 milyon manatdan artıq kompensasiya ödənişi həyata keçirilib. 3 bank üzrə ümumilikdə 145 milyon manatdan artıq kompensasiya ödənilib.
“Bank Standard” QSC-nin qorunan əmanətçilərinə 394 milyon 613 min manat artıq kompensasiya ödənişi baş tutub. Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 680 milyon 760 min manatdan artıq kompensasiya ödənilib.
Mənbə:> Oxu.az