Bağlanan 10 bankın əmanətçilərinə ödənilən kompensasiyanın məbləği » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Bağlanan 10 bankın əmanətçilərinə ödənilən kompensasiyanın məbləği

Bağlanan 10 bankın əmanətçilərinə ödənilən kompensasiyanın məbləği


Təkcə “Bank Standard” QSC-nin qorunan əmanətçiləri 341 milyon manatdan artıq kompensasiya alıb.

Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.

Fonddan Oxu.Az-a verilən məlumata görə, “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32 milyon 936 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 51 milyon 25 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 23 milyon 82 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 858 min manatdan artıq kompensasiya ödənilib.

4 bank üzrə ümumilikdə 109 milyon 901 min manatdan artıq kompensasiya verilib.

“Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 110 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 876 min manatdan artıq kompensasiya ödənişi edilib.

2 bank üzrə ümumilikdə 15 milyon 986 min manatdan artıq kompensasiya ödənilib.

“Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 98 min manat, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119 milyon 978 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.

3 bank üzrə ümumilikdə 145 milyon 45 min manatdan artıq kompensasiya ödənilib. “Bank Standard” QSC-nin qorunan əmanətçilərinə 341 milyon 712 min manat artıq kompensasiya ödənişi baş tutub.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 612 milyon 644 min manatdan artıq kompensasiya ödənilib.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *