Bakıda 11 piyada keçidi inşa olunur, daha 9-u tikiləcək » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Bakıda 11 piyada keçidi inşa olunur, daha 9-u tikiləcək – FOTO + VİDEO

Bakıda 11 piyada keçidi inşa olunur, daha 9-u tikiləcək

Prezident İlham Əliyevin piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, “Azəravtoyol” ASC tərəfindən kompleks tədbirlər həyata keçirilir.

“Azəravtoyol” ASC-dən Oxu.Az-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində Bakı şəhərində bir neçə yerdə yerüstü və yeraltı piyada keçidlərinin inşası aparılır.

Sözügedən piyada keçidləri avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

İlkin olaraq 11 bu cür yerdə hazırda keçidlərin inşası aparılır. Bu, aşağıdakı ərazilərdir:

1. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-ci km-i (Xırdalan qəbirstanlığının yaxınlığı), 13,7-ci km-i (“Mətanət-A” şirkətinin yaxınlığı) və 27,7-ci km-i (Ceyranbatan qəsəbəsi);

2. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 12,3-cü km-i (Sulutəpə qəsəbəsi), 23,5-ci və 24,4-cü km-i (Müşfiq qəsəbəsi);

3. Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 18-ci km-i (hərbi hissənin yaxınlığı);

4. Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsi (yeraltı keçid);

5. Zabrat-Maştağa avtomobil yolunun “Sabunçu körpüsü”ndən düşən hissəsi;

6. Zığ-Hövsan avtomobil yolunun 1,8-ci və 4,3-cü km-i.

Artıq həmin keçidlərdən ikisində işlər yekunlaşmaq üzrədir. Bu, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-ci km-də və Zabrat-Maştağa avtomobil yolunun “Sabunçu körpüsü”ndən düşən hissəsində inşa edilən yerüstü piya keçidləridir. Bakı-Sumqayıt yolundakı keçiddə artıq son tamamlanma işləri aparılır. Belə ki, keçidin pilləkan və asma hissəsi tam hazırdır, hazırda dirəklərin üzlənməsi işləri aparılır. “Sabunçu körpüsü”nün yaxınlığındakı keçidin tikintisi isə son mərhələdədir.

Bundan başqa, daha 9 yerdə isə yaxın zamanda keçidlərin tikintisinə başlanılacaq. Bu, aşağıdakı ərazilərdir:

1. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-i (Ceyranbatan qəsəbəsi);

2. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-i (Hökməli dairəsinin yaxınlığı);

3. Yasamal rayonu, Hüseyn Cavid parkının qaşısında (yeraltı keçid);

4. Mərdəkan-Zağulba yolunda (Xrustalnı deyilən ərazi);

5. Qala-Pirallahı avtomobil yolunun 3,6-cı km-i;

6. Zığ-Hövsan avtomobil yolunun 2,6-cı km-i;

7. Xətai rayonu Neapol küçəsi (171 nömrəli məktəbin yaxınlığı), həmçinin M.Hadi və S.Ə.Şirvani küçələrinin kəsişməsi;

8. Moskva prospekti, “Şamaxinka” deyilən ərazi.

İnşası aparılan və yeni inşa olunacaq yerüstü piyada keçidləri 1 və 2 aşırımlı (orta dayaqlı) olmaqla yüngül konstruksiyalıdır. Keçidlərin bir neçəsi istisna olmaqla, əksəriyyəti üstüaçıq və pilləkan hissədən ibarətdir.

Yaxın zamanlarda zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası nəzərdə tutulub.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *