Azərbaycanda bank satışa çıxarılır » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Azərbaycanda bank satışa çıxarılır

Azərbaycanda bank satışa çıxarılır


Türkiyənin “Ziraat Bankası” Azərbaycanda tərəfdaşlıq etdiyi bankı satışa çıxarır.

Oxu.Az-ın məlumatına görə, “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə “Ziraat Bankası”nın baş direktoru Hüseyn Aydın Türkiyədə keçirdiyi mətbuat konfransında deyib.

Direktorun sözlərinə görə, Azərbaycanda ortaq olduqları bankı satmağı düşünürlər. H.Aydın “Tərəfdaşlıqdan yavaş-yavaş çəkilməyi və bankı Azərbaycan Maliyyə Nazirliyinə satmağı düşünürük. Yaxın günlərdə satışın tamamlanması planlaşdırılır”, - deyib.

Qeyd edək ki, “Ziraat Bankası”nın Azərbaycanda “Azər-Türk Bank”da səhmləri mövcuddur. Ölkədəki “Ziraat Bank Azərbaycan” isə tam olaraq Türkiyənin “Ziraat Bankası”na məxsusdur.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *