Mərkəzi Bank 50 milyon manat cəlb etmək niyyətindədir
Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 31-də növbəti depozit hərracı keçirəcək.
Oxu.Az xəbər verir ki, bu barədə AMB-dən məlumat verilib.
“AMB oktyabrın 31-də keçirəcəyi növbəti depozit hərracında 28 gün müddətinə 50 mln. manat cəlb etməyi nəzərdə tutur”, - deyə məlumatda bildirilir.
Cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 12,01%-14,99% təşkil edir.
Qeyd edək ki, AMB iyun ayında depozit hərraclarının keçirilməsinə başlayıb. İyun-oktyabr aylarında keçirilmiş 17 hərracda bank 1 ay müddətinə 763,5 milyon manat cəlb edib.
Mənbə:> Oxu.Az