Ekspert: Ən böyük qorxu FES-in baza faiz dərəcəsini artıracağı ilə bağlıdır » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Ekspert: Ən böyük qorxu FES-in baza faiz dərəcəsini artıracağı ilə bağlıdır

Ekspert: Ən böyük qorxu FES-in baza faiz dərəcəsini artıracağı ilə bağlıdır

“Bank Standard”-ın sığortalanmış əmanətlərinin yarıdan çox hissəsi xarici valyuta ilə, yəni dollarla təşkil etdiyindən, əmanətçilərə ödənilən müvafiq kompensasiya məbləğləri üzrə vəsait həcmi valyuta bazarında heç bir halda manata təzyiqi artırmaq baxımdan gərginlik yarada bilməz. Digər tərəfdən isə onu da nəzərə almaq lazımdır ki, sözügedən bank üzrə kompensasiyaların ödənilməsi üçün Əmanətlərin Sığortalanması Fonduna (ADİF) Mərkəzi Bank (AMB) tərəfindən ayrılan məlum kredit vəsaiti də məhz xarici valyuta şəklində köçürülmüşdür. Bundan əvvəl bildirdiyim kimi, 265 milyon dolları AMB Fonda məhz dollarla ödəyəcək ki, bu da kredit şəklində olacaq. Elə böyük pul deyil... Və məsələnin bu cür həlli valyuta bazarında gərginlik yaratmayacaq...

Bu barədə Oxu.Az-a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib.

SOCAR-ın istiqrazları ilə bağlı məsələyə toxunan ekspert bildirib ki, bunda əsas məqsədlərdən biri “yastıq altında” olan dollarları dövriyyəyə qaytarmaqdır.

“Fikrimcə, bu tədbir xarici valyuta təklifini məhdudlaşdırmağa deyil, genişləndirməyə xidmət etməlidir. Dövlət Neft Fonduna (ARDNF) gəldikdə isə, ilin başa çatmasına cəmi 2 ay qalsa da, büdcəyə transfert 43% həyata keçirilib. Yəni, kritik halda ARDNF-in valyuta bazarına - keçirilən hərraclara daha geniş şəkildə intervensiya imkanları hələ qalmaqdadır”, - o deyib.

P.Heydərov qeyd edib ki, şirkətlərin, bankların və dövlətin xarici borc öhdəlikləri ilin sonuna kimi manata növbəti təzyiq dalğası yarada bilər və artıq, bunun ilk simptomları görünür.

Bununla belə ekspert hesab edir ki, AMB-in bir az əvvəl valyuta hərraclarının keçirilməsi qaydalarını dəyişməsi bu dalğanın indiyədək müşahidə olunduğundan nisbətən ajiotajsız keçməsi ilə nəticələnəcək.

“Yeganə ən böyük qorxu ABŞ-da FES-in ilin sonuna yaxın baza faiz dərəcəsini artıracağı ilə bağlıdır”, - o deyib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *