Azərbaycanda avtomobil yolu çöküb
. 20 min nəfər əhalinin yaşadığı, 23 yaşayış məntəqəsini birləşdirən, yenicə istifadəyə verilmiş Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun Soltankənd hissəsi çöküb.
Bu barədə SalamNews-un bölgə müxbirinə kənd sakinləri məlumat veriblər.
Bildirilib ki, hazırda yolda gediş-gəliş tamamilə məhdudlaşıb. Hadisə yerinə aidiyyatı qurumlar gəliblər.
İlkin məlumata görə, yolun çökməsinə səbəb son günlər rayon ərazisində yağan aramsız yağışlardır.
Mənbə:> salam.news