Noyabrın 1-dən icbari avtosığorta məhsulları onlayn rejimdə satılacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Noyabrın 1-dən icbari avtosığorta məhsulları onlayn rejimdə satılacaq

Noyabrın 1-dən icbari avtosığorta məhsulları onlayn rejimdə satılacaq


Azərbaycan İcbari Sığorta Bürosu (İSB) avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart və sərhəd sığorta müqavilələrinin elektron sənəd formasında bağlanılması ilə əlaqədar olaraq hazırlıq işlərini başa çatdırıb.

Aznews.info Report-a istinadən xəbər verir ki, bu barədə bu gün keçirdiyi mətbuat konfransında İSB-nin icraçı direktoru Elxan Quliyev bildirib.

Onun sözlərinə görə, bu məqsədlə avqust ayından Büronun üzvü olan sığorta şirkətlərinə lazımi veb-servislər təqdim olunub, informasiya sisteminin proqram təminatına dəyişiklik edilib. Noyabrın 1-dən sistem icbari avtosığorta məhsullarının onlayn rejimdə satılmasına imkan verəcək.

Bununla belə, E.Quliyev qeyd edib ki, noyabrın 1-nə qədər satılmış kağız daşıyıcılarında olan sığorta məhsulları müqavilə müddətinin sonuna qədər qüvvədə olacaq və onların əvəz edilməsinə ehtiyac yoxdur.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *