Dövlət bağçaları özəlləşdiriləcək? » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Dövlət bağçaları özəlləşdiriləcək?

Dövlət bağçaları özəlləşdiriləcək?


Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsi təklif edilir.

Aznews.info Trend-ə istinadla xəbər verir ki, bu təkliflə Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri İsa Həbibbəyli çıxış edib.

İ.Həbibbəyli bildirib ki, özəlləşmə məktəbəqədər təhsil müəssisələrinin təyinatını dəyişməməlidir:

“Qanun layihəsinin hazırlıq variantında bağçaların özəlləşdirilməməsini qeyd etmişdik. Lakin sonra baxdıqda aydın olur ki, rayonların bəzilərinə maliyyə yardımları ayırmaq bir az çətin olur. Ona görə də məcburən dövlətin tikib-istifadəyə verdiyi bir çox bağçaların inkişaf etməsi və fəaliyyətini davam etdirməsi üçün özəlləşdirməyə ehtiyac var. Belə faktlar rayonlarda müşahidə olunur. Bu səbəbdən təyinatı dəyişmədən məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsini mümkün hal hesab edirik”.

Mənbə: Trend.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *