Təhsil haqları azala bilər – VİDEO
Bu ildən etibarən ali məktəblərin ödənişli qəbul planlarını və ödənişin miqdarını Nazirlər Kabineti deyil, təhsil müəssisələri özləri müəyyən edəcək. Ekspertlər bunun təhsil haqlarına müsbət təsir edəcəyini bildirirlər. Növbəti ildən Azərbaycanın məktəbəqədər təhsil sistemində də yeni model tətbiq edilə bilər.
Təhsil haqlarının aşağı düşməsi gözlənilir. Çünki universitet istədiyi qədər ödənişli tələbə qəbul etsə, asanlıqla təhsil haqqını aşağı sala biləcək. Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyir ki, sözügedən sərbəstlikdən sonra təhsil haqqları nəzərəçapacaq dərəcədə azala bilər.
Belə bir addım atılsa, həmin ali məktəbə daha çox tələbənin cəlb olunacağı da istisna deyil.
Komitə sədri eyni zamanda "Məktəbəqədər təhsil haqqında" qanun layihəsi üçün işçi qrupunun formalaşdığını da qeyd edib. Qanun layihəsi qəbul olunsa Azərbaycanda özəl və dövlət bağçaları ilə yanaşı görmə, eşitmə qüsurlu uşaqlar üçün təyinatı üzrə xüsusi bağçalar da fəaliyyət göstərəcək.
AzNews.info “Xəzər Xəbər”ə mövzu ilə bağlı videomaterialı təqdim edir:
Mənbə:> XəzərXəbər