Rövnəq Abdullayev qazın təzyiqi ilə bağlı yaranan problemə münasibət bildirib
SOCAR-ın prezidenti Rövnəq Abdullayev bir neçə gündür ki, ölkə ərazisində qazın təzyiqi ilə bağlı yaranan problemə münasibət bildirib.
Aznews.info xəbər verir ki, Qafqazinfo-nun müxbirinin sualını cavablandıran Abdullayev hər hansı bir problemin olmadığını qeyd edib:
“Azərbaycanda qış rejiminə keçid noyabrın 1-də baş verir. Yayda isə qazın təzyiqi aşağı salınır. Hər il qış rejiminə keçiddə təzyiq 3 dəfə artırılır. İndi bir neçə gündən sonra hava istiləşəcək, temperatur qalxsa da, insanların qaza olan təlabatı qış rejimindəki kimi qalır.
İnsanlar qazın xodunu almır, əvəzində pəncərəni açıq saxlayır. Keçən ildən anbarlarda qaz ehtiyatlarımız var. Qaz təminatında elə bir problemimiz yoxdur”.
SOCAR rəhbəri həmçinin qeyd edib ki, 15 gündür ki, “Azəriqaz” qış rejiminə keçidlə bağlı məsələlərə başlayıb:
“Artıq qurum bir neçə günə qış rejiminə tam hazırlıqlı olacaq”.
Mənbə:> Qafqazinfo.az