Çində rüşvət alan məmura ölüm cəzası verildi
Çinin energetika məsələləri üzrə dövlət idarəsinin kömür şöbəsinin rəhbərinin sabiq müavini Vey Penyuan 2000-2014-cü illər ərzində 212 milyon yuan (31,49 milyon dollar) rüşvət aldığı üçün məhkəmə tərəfindən ölüm cəzasına məhkum edilib.
Oxu.Az xəbər verir ki, bu barədə “Renmin Ribao” məlumat yayıb.
Məhkəmə prosesi Hebey əyalətinin Baodin şəhərində keçirilib. Qərara görə, Vey Penyuan iki ildən sonra edam ediləcək.
Məhkəmə araşdırması 2015-ci ilin sonunda başlanıb.
Prokurorluq Vey Penyuanı göstərilən dövr ərzində üçüncü şəxslərə yardım etmək üçün vəzifəsindən sui-istifadə etməkdə ittiham edib. Məmur 131 milyon yuan (1946 milyon dollar) əmlakının mənşəyini izah edə bilməyib. Məhkəmənin qərarına görə, onun əmlakı müsadirə ediləcək.
Mənbə:> Oxu.az