“Səba” ASC-də ixtisarlar
“Səba” ASC-nin 60-a yaxın əməkdaşı ödənişsiz məzuniyyətə göndərilib.
Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, bu barədə “Turan” agentliyinə adının çəkilməsini istəməyən ASC-nin əməkdaşlarından biri bildirib.
Onun sözlərinə görə, oktyabrın 1-də iclas keçirilib, iclasda bu addımın istehsalat zərərləri ilə əlaqədar olduğu bildirilib.
Bundan başqa, işləyən əməkdaşların maaşı 40% azladılıb.
Qeyd edək ki, ASC-nin sədri Fuad Ələkbərov “Turan” agentliyindən daxil olan zənglərə cavab verməyib.
Daha öncə sentyabrda “Səba” ASC-də ixtisarlara hazırlıq barədə agentlik məlumat yaymışdı. Amma həmin dövrdə F.Ələkbərov məlumatı təkzib edərək bu xəbərin təxribat xarakterli olduğunu demişdi.
Mənbə:> Oxu.az