Gələn ilin dövlət büdcəsində dürüstləşmənin aparılması istisna olunmur
Xarici mühitdə baş verəcək dəyişikliklərlə bağlı risklər 2017-ci il dövlət büdcəsinə əsasən iki mühüm kanal vasitəsilə - birincisi, əsas ticarət tərəfdaşı ölkələrinin iqtisadiyyatlarında iqtisadi aktivliyin daha da zəifləməsi, ikincisi isə beynəlxalq maliyyə bazarlarında faiz dərəcələrinin artması ilə təsir göstərə bilər.
Aznews.info xəbər verir ki, APA-Economics 2017-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrə istinadən məlumat verir ki, qlobal iqtisadiyyatda, o cümlədən tərəfdaş ölkələrdə iqtisadi aktivliyin ortamüddətli perspektivdə tədricən bərpa olunacağı proqnozlaşdırılır.
Bunun əksinin baş verməsi ölkədə iqtisadi artım proqnozlarının aşağı düşməsi və yuxarıda qeyri-neft gəlirlərinin gözləniləndən daha az olmasına gətirib çıxara bilər.
Beynəlxalq maliyyə bazarlarında faiz dərəcələrinin artması isə dövlət büdcəsində xaricdən kreditlər hesabına maliyyələşməsi planlaşdırılan “Cənub Qaz Dəhlizi” layihəsinə çəkiləcək xərcləri artıra bilər.
Əgər beynəlxalq maliyyə bazarlarında əlverişsiz konyunktur formalaşarsa, “Cənub Qaz Dəhlizi” üzrə yarana biləcək öhdəliklərin SOCAR tərəfindən ödənilməsi üçün dövlət büdcəsində müvafiq dürüstləşmənin aparılması istisna olunmur.
Mənbə:> APA